Roman Heydərov da “İslamiada”nın qalibi oldu: Azərbaycanın 13-cü qızıl medalı

Mayın 14-də Azərbaycan karateçisi Roman Heydərov “Bakı-2017” IV Avropa Oyunlarının finalında qalib, Oyunların qızıl medalını qazanıb.

Etikxeber.az xəbər verir ki, R.Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan karateçiləri “Bakı-2017”də üçüncü qızıl medalı aktivlərinə yazıblar.

Bürünc medallara misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi sahib olublar.

Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib.

Roman Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi olub. O, həmçinin Avropa çempionatının ikiqat bürünc medalçısıdır.

Etikxeber.az

Read Previous

Türkiyənin kişi tennisçiləri qrupda birinci yerə çıxıblar – FOTO

Read Next

Cüdo yarışlarında komandamızın aktivinə ilk qızıl medalı Məmmədəli Mehdiyev yazdırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir