Ronaldinyo Azərbaycandadır

Məşhur futbolçu Ronaldinyo Azərbaycandadır.

Etikxeber.az xəbər verir ki, oktyabrın 20-də Bakı Olimpiya stadionunda futbolçunun iştirakı ilə mətbuat konfransı olub.

Məlumat verilib ki, “Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq. 6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Qeyd edilib ki, ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq. Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacaq.

Etikxeber.az

Read Previous

Oktyabrın 21-ə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

Səfir Talıbovla nədən danışdı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir