Ronaldu gəldi, səhmlər artdı…

Portuqaliyalı hücumçu Kriştiano Ronaldunun transferindən sonra Turinın “Yuventus” klubunun səhmləri 55,15 faiz artıb.

Etikxeber.az “TASS”-a istinadla xəbər verir ki, hazırda “Yuventus” klubunun səhmləri 1 milyard avro həcmində dəyərləndirilir.

Klubun səhmlərinin birjada bu qədər yüksəlməsinin səbəbi isə futbolçunun “Yuventus” formasının satışı ilə izah edilir.

Xatırladaq ki, Ronaldu bu yay İspaniyanın “Real Madrid” klubundan 112 milyon avroya “Yuventus” klubuna transfer olunub.

Otuz üç yaşlı hücumçunun illik maaşı isə 30 milyon avro təşkil edir.

Etikxeber.az

Read Previous

Klassik avtomobillərin yürüşü və sərgisi keçirildi – FOTOLAR

Read Next

Merkel ilk dəfə Mesut Özildən danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir