Ronaldunun futbol şousu…

Futbol üzrə XXI dünya çempionatında ilk het-trik iyunun 15-də Portuqaliya-İspaniya oyununda qeydə alınıb.

Etikxeber.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu 3:3 hesabı ilə başa çatan matçda komandasının hər üç qoluna imza ataraq het-trik edib.

Portuqaliyalı ulduz futbolçu matçın 4-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənib. Hesab 1:1 olarkən Kriştiano Ronaldo uzaq məsafədən qüvvətli zərbə ilə dublunu rəsmiləşdirilib.

Kriştiano Ronaldo het-trikə matçın 88-ci dəqiqəsində nail olub. O, cərimə zərbəsindən topu uzaq doqquzluğa göndərərək üçüncü qolunu vurub və komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, Kriştiano Ronaldu 2006-cı, 2010-cu və 2014-cü illərdə iştirak etdiyi üç mundialın hər birində bir dəfə fərqlənə bilib. Beləliklə, portuqaliyalı forvard əvvəlki üç dünya çempionatında göstərdiyi nəticəyə “Rusiya 2018″də ilk oyunda nail olub.

rus-ronal

Etikxeber.az

Read Previous

Portuqaliya (Ronaldu)-İspaniya- 3:3 – YENİLƏNİB – (2)

Read Next

DÇ-2018: Bu gün 4 qarşılaşma olacaq- FRANSA-AVSTRALİYA-2:1- YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir