“Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Daha da irəli gedirik, sona qədər gedirik…”-PRİQOJİN – YENİLƏNİB – (1)

Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin Vaqner özəl hərbi şirkətinin döyüşçülərinə müraciət edib.

Etikxeber.az xəbər verir ki, Surovikin videomüraciətdə Vaqner döyüşçülərini kolonların hərəkətini dayandırmağa və silahlarını yerə qoymağa və daimi dislokasiya yerlərinə qayıtmağa çağırıb.

O vaqnerçilərə yalnız Ali Baş Komandanın əmrlərinə ciddi əməl etməyə çağırış edib.

***

Bölmələrimiz bütün istiqamətlərdə Rusiya Federasiyasının dövlət sərhədini keçib.

Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin öz teleqram kanalında yaydığı səsyazısında bildirib.

“Biz Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Daha da irəli gedirik, sona qədər gedirik”, – deyə Priqojin vurğulayıb.

Vaqnerin rəhbəri sərhədçilərin onun döyüşçülərinə müqavimət göstərmədiyini də söyləyib.

Qeyd edək ko, Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etdiyini açıqlayıb.

O, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in mövqelərinə raket zərbəsi endirdiyini iddia edib və bu barədə video və səs yazıları yayımlayıb.

Rusiya MN onun iddialarını təkzib edib.

Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və “Vaqner” döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb.

***

ABŞ hakimiyyəti “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir.

Bu barədə adları çəkilməyən administrasiya rəsmilərinə istinadən CNN məlumat yayıb.

“Priqojinin son açıqlamaları adi ritorikadan daha çoxdur. Bu real bir şeydir” – Administrasiya rəsmilərindən biri deyib.

Read Previous

Beyləqanlı Xüsusi Təyinatlı, iki medallı, ailənin üç oğlan övladından biri, subay Hilal İmanzadənin Cənnətdəki üçüncü doğum günü-BU GÜN ONUN 28 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Əfsanəvi Xüsusi Təyinatlı, Baş gizir, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılova həsr olunmuş-FİLMİN TƏQDİMAT MƏRASİMİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir