Rostovdan Bakıya gələn mikroavtobus qəzaya uğradı, 7 NƏFƏR XƏSARƏT ALDI

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb.

Etikxeber.az xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Seriallarda Azərbaycan ailəsi…” – NUŞİRƏVAN MƏHƏRRƏMLİ

Read Next

Çempionlar Liqasında II dövrə start götürəcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir