“Rotunda Jazz Club”un səhnəsində polşalı musiqiçilərin konserti

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”un səhnəsində tanınmış polşalı  musiqiçilər Qjex Piotrovski – Sebastian Vıpıx dueti çıxış edib.

Etikxeber.az xəbər verir ki, Qjex Piotrovski istedadlı saksofonçu, prodüser, aranjemançı və bəstəkardır. O, 1997-ci ildə qısa vaxtda Polşa cazında sıçrayış yaratmış “Alchemik” qrupunu təsis edib. Kollektiv Avropanın bir sıra caz festivallarında “Qran-pri”yə layiq görülüb. Qrup bir neçə albom buraxıb.

Sebastian Vıpıx Şopen adına Varşava Musiqi Akademiyasında təhsil alıb. O, müxtəlif orkestrlərdə, digər musiqiçilərlə duetlərdə çıxış edir.

Bakı tamaşaçıları polşalı musiqiçilərin çıxışını rəğbətlə qarşılayıblar.

Etikxeber.az

Read Previous

Xəzərdə yenə zəlzələ olub

Read Next

İtaliyada növbəti dəfə zəlzələ oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir