Rövnəq Abdullayev “EGPC”-lə də anlaşdı

SOCAR və Misirin Dövlət Neft Şirkəti (EGPC) Anlaşma Memorandumu imzalayıblar.

SOCAR-ın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, noyabrın 2-də Misirdə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ilə görüşüb.

Görüşdə tərəflər SOCAR ilə EGPC arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıb.

Sonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən Anlaşma Memorandumu imzalanıb.

Etikxeber.az

Read Previous

Quba və Qusarda 22 sm hündürlükdə qar yağdı

Read Next

“Azadlıq”-ın iddiası: İcra başçıları istefa verəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir