Ölkə prezidenti İlham Əliyev tanınmış rəqqasə, Xalq artisti Roza Cəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, sabah R. Cəlilovanın 90 yaşı tamam olur.
Etikxeber.az