Ruhani dünya ictimaiyyətinə müraciət etdi…

 

İran Prezidenti Həsən Ruhani Tehranda törədilən terror aktları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

Etikxeber.az  bildirir ki, İran Prezidentinin Administrasiyasından verilən məlumata görə, H.Ruhani dünya dövlətlərini beynəlxalq terrorizmə qarşı birləşməyə çağırıb.

O, bildirib ki, terror təkcə İranın deyil, bütün dünyanın problemidir. Qlobal xarakter daşıyan bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidirlər. Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz.

Xatırladaq ki, iyunun 7-də Tehranda törədilən iki terror aktı zamanı 12 nəfər həlak olub.

Etikxeber.az

Read Previous

“Forbes” ən bahalı 20 klubun siyahısını açıqladı

Read Next

“Yeni enerji mənbələri təklif etməklə, təhlükəsizliyə töhfə verirsiz” – DÖVLƏT KATİBİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir