“Ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir” – DEPUTAT – FOTOLAR

Eldəniz SƏLİMOV: Bu gün həm də Kıbrıslı qardaşlarımızın bəzi həllini gözləyən problemləri var və inanıram ki, çox yaxın zamanlarda da bu məsələlər beynəlxalq hüquq çərçivəsində öz müsbət həllini tapacaq!

Türk Dünyasının qiymətli bir parçası və əsas mərkəzlərindən olan Azərbaycan hər zaman türk xalqları ilə əlaqələrə, münasibətlərə böyük önəm verib. Türk xalqları və cümhuriyyətləri ilə əlaqələr, əməkdaşlıq və tərəfdaşlıq, müttəfiqlik, ən əsası qardaşlıq və dostluq münasibətləri Azərbaycanın əsas prioritetlərindən biri olub və bu gün də belədir.

Etikxeber.az xəbər verir ki, bunu tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTR) səfəri zamanı “Kıbrıs Barış Harekatı”nın 45-ci ildönümünə həsr olunmuş toplantıda çıxışında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, çünki bu ruhdan, candan, qandan, kökdən, tarixi keçmişdən gələn bir məsələdir- bağlılıqdır.

Onun sözlərinə görə, bizləri bir-birimizlə sıx tellərlə ruh, qan, can, dil, din, eyni tarix, eyni mədəniyyət bağlayır, bizlər eyni mədəniyyətin – eyni kültürün daşıyıcılarıyıq:

“Bizim ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir. Şimali Kirpli-Kıbrıslı Türk qardaşlarımız da bizim canımız, qanımızdır. Onların da sevinci bizim sevincimiz, uğurları bizim uğurlarımız, kədərləri, ağrıları da bizim kədərimiz, acımızdır. 28 illik ikinci müstəqil dönəmində də Azərbaycan xalqı hər zaman Kıbrıslı qardaşlarının yanında olublar. Eyni diqqət və münasibəti də Kıbrıslı qardaşlarımız bizlərə – Azərbaycana və Azərbaycan türklərinə qarşı sərgiləyiblər. Çünki başqa cür də ola, bunun əksi də düşünülə bilməz.

Bu gün yüzlərlə azərbaycanlı gənc Şimali Kıbrısın ən tanınmış ali təhsil ocaqlarında təhsil alırlar. Hansı ki, bu təhsil ocaqları Avropanın ən yüksək səviyyəli ali təhsil olacaqlarından sayılır. Eyni zamanda, Kıbrıslı qardaşlarımız da Azərbaycanın ən yüksək təhsil verən ali təhsil olacaqlarında təhsil alıblar və almaqdadırlar. Bu, bizim uğurumuzdur və davam etdirilməlidir”.

Yeri gəlmişkən, millət vəkili  onu da qeyd edib ki, ikinci müstəqilliyini yaşayan Azərbaycan xalqı və dövləti ötən bu illər ərzində, xüsusilə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra və onun siyasətinin layiqli davamçısı-ölkə prezidenti cənab İlham Əliyevin son 16 illik hakimiyyəti dönəmində böyük inkişaf dövrü keçib:

sktr-4

sktr-1

şktr-2

şktr-3

“Ötən illərdən start verilən islahatlar prosesi son bir ildə daha da geniş vüsət almağa başlayıb, həyatın bütün sahələrinə sirayət edib. Bu gün ölkəmiz nəinki bölgənin, yerləşdiyi coğrafiyanın, eləcə də dünyanın lider dövlətlərindən birinə çevrilib. Dünyada Azərbaycan adlı inkişaf modeli var. Azərbaycan bu gün dünyanın, bu bölgənin sabitlik və təhlükəsizlik adasıdır.

Ölkəmiz dünyanın milli və dini tolerantlıq mərkəzinə, siyasi, iqtisadi, mədəni, hərbi, humanitar dialoq məkanına çevrilib. Bu gün dünya Azərbaycanın, onun Liderinin nüfuzu, çəkisi, sözü ilə hesablaşır. Azərbaycanın iştirakı və razılığı olmadan bu bölgədə heç bir regional və transmilli layihələr həyata keçirilmir.

Məhz Azərbaycanın iştirakı və razılığı ilə bu layihələr reallaşdırılır, gerçkəkləşdirilir. Bu, bir daha Azərbaycanın nüfuzunun və çəkisinin göstəricisidir. Bu gün Azərbaycanın cəmi bir problemi var ki, o da Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsidir. Azərbaycan işğala, ədalətsizliyə məruz qalan ölkə olsa da, yenə də sülhə, danışıqlara üstünlük verir, sülhdə, əmin-amanlıqda maraqlı olduğunu nümayiş etdirir. Bu, xalqımızın, dövlətimizin sülhpərvərliyindən irəli gəlir.

Ancaq inanırıq və qəti əminik ki, bu problem nəhayət, öz müsbət və ədalətli həlli tapacaq, işğal olunmuş ərazilərimizdə Azərbaycan suverenliyi tam bərqərar olunacaq. Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq!

Bu gün həm də Kıbrıslı qardaşlarımızın bəzi həllini gözləyən problemləri var və inanıram ki, çox yaxın zamanlarda da bu məsələlər beynəlxalq hüquq çərçivəsində öz müsbət həllini tapacaq!”.

Etikxeber.az

Read Previous

Dənizdə batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edildi – FHN

Read Next

“KQB”-nin arxivləri açılmalıdır” – SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir