“Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcək”-RUMINİYA PREZİDENTİ

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırır, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Ölkələrimiz arasında sıx əlaqələr möhkəm prinsiplərə və ümumi strateji maraqlara əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli və ya regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr münasibətlərimizin mükəmməl səviyyəsini əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır. Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir.

Cənab Prezident, xahiş edirəm mənim xüsusi ehtiramımı qəbul edəsiniz”.

Etikxeber.az

Read Previous

Prezidentlə birinci xanım “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin-AÇILIŞINDA… – FOTOLAR – YENİLƏNİB

Read Next

“İqlim dəyişikliyi bütün qitələrdəki hər bir ölkəyə təsir edir…İqlim dəyişikliyinin Azərbaycana da mənfi təsiri var… Çaylarımızın suyu azalır, Xəzər dənizinin səviyyəsi aşağı düşür…”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir