Runi “Mançester Yunayted” klubunun tarixində ən məhsuldar futbolçu olub

2004-cü ildən “Mançester Yunayted” klubunda forma geyən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib.

Etikxeber.az xəbər verir ki, yanvarın 7-də ölkə kubokunun 1/32 final mərhələsində “Redinq” komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu “Qırmızı şeytanların” heyətində vurduğu qolların sayını 249-a çatdırıb.

Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.

Etikxeber.az

Read Previous

Sabah hava dumanlı, küləkli olacaq

Read Next

Birləşmiş universitetin rektoru kim olacaq: Məmmədova, yoxsa, Babanlı ?..

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir