Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili: “Bəziləri bunu soyuq yox, “buz savaşı” kimi dəyərləndirir və fikrimcə, baş verənlərin “buz savaşı”na çevirilib-çevirilməyəcəyi Rusiya rəhbərliyinin atacağı cavab addımlarından asılı olacaq”
“Rusiyanın 2013-cü ildə Krımı işğal etməsi beynəlxalq münasibətlərdə “qırmızı çizgi”lərin aşılmasına rəvac verdi, bunun ardınca Moskvanı ABŞ-dakı prezident seçkisinə müdaxilədə və son olaraq keçmiş xəfiyyənin qətlində ittiham etdilər”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında politoloq Elxan Şahinoğlu Böyük Britaniya ilə Rusiya arasında məlum diplomatik-siyasi gərginlikdən sonar bir çox Qərb ölkələrindən rus diplomatların qovulmasına və bunun nələrə gətirib çıxara biləcəyinə münasibətini bildirərkən deyib. “Bunun nəticəsində Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdiriblər, indi də rusiyalı diplomatları ölkələrindən qovurlar” – deyən politoloqun sözlərinə görə, Qərb Rusiyanı cəzalandırmağa qərara alıb, əsas məqsədləri prezident Vladimir Putinin hakimiyyətini zəiflətməkdir. O, qeyd edib ki, Putin etiraf etməsə də, sanksiyalar və Qərblə gərgin münasibətlər Rusiya iqtisadiyyatına ciddi təsir edir, üstəgəl Rusiyanın təcridi genişlənir:
“ABŞ-ın beyin mərkəzləri və ekspertləri vaxtilə SSRİ-nin çöküşünü sürətləndirdilər, indi oxşar prosesə start verilib. Doğrudur, Rusiyanın SSRİ kimi çöküşü heç kimə sərf etmir, nüvə dövlətidir, ehtiyatlı olmaq lazımdır. Ancaq Qərb Rusiyanı o dərəcədə zəiflətmək istəyir ki, başqa ölkələrin daxili işlərinə qarışmasın.Azərbaycan isə Qərb-Rusiya qarşıdurmasından uzaq dayanmalıdır, balanslaşdırılmış xarici siyasət prinsipi çərçivəsində biz Qərb və Rusiyadan eyni məsafədə dayanmalıyıq, hər ikisi ilə tərfdaşlığımız davam etməli və bu qütblərdən hər hansı birinin xeyrinə addım atmamalıyıq.Bizim hər hansı dövlətlə münasibətlərimiz üçüncü dövlətə qarşı yönəlməyib, ən doğrusu da bu siyasətin davam etdirilməsidir. Qərb bizdən rusiyalı diplomatlarının ölkədən çıxarılmasını tələb etmir, Moskva da bizdən Qərblə münasibətlərimizə göz gəzdirməyi tələb etməməlidir. Bizim başlıca dərdimiz işğal altındakı torpaqların azad olunmasıdır, xarici siyasətimiz bu hədəfin reallaşmasına qulluq etməlidir”.
Millət vəkili Sahib Alıyev də öz növbəsində qeyd edib ki, ilk dəfədir ki, bu qədər ölkə birdən-birə Rusiyaya qarşı belə bir addım atır.
“Birincisi onu deyim ki, çoxlu sayda rusiyalı diplomatın persona non grata , yəni arzuolunmaz şəxs elan edilmələri birinci dəfə deyil”- deyən millət vəkilinin bildirdiyinə görə, elə həmin Böyük Britaniyada indikindən də bir neçə dəfə artıq rus diplomatın arzuedilməz şəxs kimi ölkədən çıxarıldıqları vaxtlar olub.
“Məsələn 1971-ci ildə 105, 1985-ci ildə isə 31 sovet diplomatı həmən Böyük Britaniyadan çıxarılmışdılar. Sonuncu olaydan çox az keçmiş artıq o zaman SSRİ-nin başında duran Qorbaçovla Böyük Britaniyanın baş naziri Tetetçer kameralar önündə birilikdə gülümsəyir və bir-birinə difirambalar deyirdilər. Yəni, rusiyalı diplomaların persona non grata elan edilmələri heç də diplomatik əlaqələrin kəsilməsi anlamına gəlmir. Onların yerinə başqaları gedib eyni funksiyanı yerinə yetirəcəklər.Amma səhv etmirəmsə, ilk dəfədir ki, bu qədər ölkə birdən-birə Rusiyaya qarşı belə bir addım atırlar. Bu, Rusiya üçün müəyyən çətinliklər vəd edir. Artıq bəziləri bunu soyuq da yox, “buz savaşı” kimi dəyərləndirirlər. Fikrimcə, baş verənlərin “buz savaşı”na çevirilib-çevirilməyəcəyi Rusiya rəhbərliyinin atacağı cavab addımlarından asılı olacaq. Hazırda Rusiyanı yönəldənlər qərbdəki əksər həmkarlarından daha uzaqgörən və hazırlıqlı olduqlarından düşünmürəm ki, onlar vəziyyətin belə bir həddə gəlib çatmasına şərait yaratsınlar” – deyə, S.Alıyev sonra bildirib.
Etikxeber.az