Rus sektorunda bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq-RƏSMİ AÇIQLAMA

2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq.

Etikxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

Bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq.

“Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk”-deyən nazir qeyd edib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb:

“Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər”.

Etikxeber.az

Read Previous

“Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”-NAZİR

Read Next

“Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir