Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Oqtay Əsədov Sankt-Peterburqda Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.
O.Əsədov bildirib ki, iqtisadi münasibətlər sürətlə inkişaf edir və bunun üçün güclü hüquqi baza var: “İndiyədək iki ölkə arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb və bu sənədlərin imzalanması ölkələrimiz arsındakı hərtərəfli inkişafın təmin edir”.
MM-in sədri onu da əlavə edib ki, Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir:
“Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır”.
O. Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
O. Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Etikxeber.az