“Rusiya işğalçıya heç bir təzyiq etmir, əksinə, ona ya çox ucuz qiymətə, ya da pulsuz silah-sursat ötürür…” – DEPUTAT

“Verdiyi açıqlmadan bəlli olur ki, Türkiyə prezidenti cənab Ədoğan Putinlə son görüşündə vəd etdiyi kimi Dağlıq Qarabağ məsələsini qaldırıb. Bu, bir daha qardaş dövlətin sözü gedən problemin həllində nə qədər maraqlı və səmimi olduğunu ortaya qoyur. Cənab Ərdoğanın dediyinə görə, Rusiya prezidenti də Azərbaycan torpaqlarının boşaldılması prosesinə başladılmasını istəyir. Ancaq “tərəflər arasında mövcud olan münasibətə görə bunun reallaşacağına elə də ümid bəsləmir””.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Millət vəkili bildirib ki,  belədə təbii ki, çoxlu suallar yaranır:

“O suallardan da birincisi budur: əgər Rusiya doğrudan da problemin həllində maraqlıdırsa və bilə-bilə ki, tərəflər arasında əsl adı düşmənçilik olan bu münasibət Ermənistanın Azərbaycan torpaqlarını işğalından qaynaqlanır, nədən işğalçıya heç bir təzyiq etmək istəmir?

Axı, Türkiyənin dövlət başçısının da vurğuladığı kimi, Moskvanın öz forpostu üzərində təsiri çox böyükdür, edilən təzyiq nəticəsiz qalmamalıdır. Həm də nəinki Rusiya işğalçıya heç bir təzyiq etmir, əksinə, ona davamlı olaraq ya çox ucuz qiymətə, ya da pulsuz silah-sursat ötürür.

Niyə, bu münasibətin saxlanması üçünmü?”

Etikxeber.az

Read Previous

525-i hədəfləyən “525” – MƏTBUAT ŞURASINDAN TƏBRİK

Read Next

Benzinin qiyməti yenidən BAHALAŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir