Rusiya prezidenti: “Bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Etikxeber.az “RİA Novosti” agentliyinə istinadən  məlumat verir ki, bunu  jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.

V. Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar Onun sözlərinə görə, KTMT xarici təhdidlərlə bağlı yaradılıb: “Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik”.

Etikxeber.az

Read Previous

“Dabık” İŞİD terrorçularından azad edilib

Read Next

“Qafqaz Resort Hotel”i sel basıb – Hotelin işçiləri və qonaqlar təxliyyə olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir