“Rusiya Qarabağ münaqişəsini öz xeyrinə olan formatda həll etmək istəyir ki…”-GƏNC POLİTOLOQUN BAXIŞI

Nə müharibəyə, nə də ki, sülhə şərait yoxdur!!!

Misir, Fransa, Yunanistanın Türkiyə ilə münasibətlərinin pis olmasından istiafadə edən Ermənistan nümayəndələri bu dölvətlərə səfər edərək, bir ittifaq şəklində Türkiyəyə qarşı mübarizə aparmaq məsələsini danışmışdılar.

Nə qədər (qardaş Türkiyə amilinə görə) çətin olsa da, Azərbaycan bu dövlətlərlə əlaqələri gücləndirməlidir.

Çünki Ermənstan tərəfi zəif nöqtəmizi gözləyir ki, ondan məharətlə istifadə etsin.

Yuxarıda adlarını sadaladığım dövlətlərlə Türkiyənin münasibətlərinin kəskin olması bizim də bu dövlətlərlə münasibətləri kəskinləşdirmək anlamına gəlmir.

Diplomatik fəaliyyətlər və uğurlar hazırda ən önəmli siyasətdir.

Həmçinin, Rusiyanın PKK nümayəndələrini Moskvaya dəvət etməsindən bir neçə gün sonra bu terror qruplaşması İran vasitəsi ilə Qarabağa gəlib hərbi təlim keçdilər.

Ermənistanın terrorla əlbir olduğu çox yaxşı məlumdur.

PKK terrorçularını Qarabağa gətirməklə, onlara bir mesaj vermək niyyətindəyidi.

Lakin “təkşkilatcıqlar” güya bundan bixəbərdir. Bundan əlavə, həm BMT-nin 75-ci ildönümü , həm də “Beynəlxalq Sülh Günü” dövründə Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarına hazır olduqlarını bildirdi. Əlbəttə ki, bu, bir hiyləgər diplomatik oyundu.

Yəni, media qarşısında sülh danışıqları aparmaq deyilsə də, pərdəarxasında fərqli mənzərədir.

Rusiya Prezidenti həmkarı İlham Əliyevlə telefon danışıqlarında münaqişənin siyasi formatda həll edilməsini bildirmişdi.

Həmçinin, ABŞ XİN başçısı-dövlət katibi Pompeo da münaqişənin siyasi baxımdan həll edilməsini vurğulamışdı.

ABŞ və Rusiya həmsədr ölkələrdir və münaqişənin siyasi yönümdən həll edilməsini bildirmələri müharibənin önünə sədd çəkir.

Qarabağ münaqişəsi təkcə Azərbaycan-Ermənistan arasında deyil, həmçinin, bölgədə maraqları olan və toqquşan ABŞ və Rusiya arasında da soyuq savaş situasiyasında davam edir.

Bundan əlavə, Rusiya Xarici İşlər naziri Lavrov 5 rayonun qaytarılması və bölgəyə “sülhməramlı” qüvvələrin yerləşdirilməsi təklifini irəli sürmüşdür.

2740268 11/18/2015 Russian Foreign Affairs Minister Sergei Lavrov at a news conference on the results of his Moscow meeting with Minister of Foreign Affairs and Emigrants of Lebanon Gebran Bassil. Iliya Pitalev/Sputnik

Bu “sülhməramlı qüvvələr” dedikdə, əslində Rusiya hərbi qüvvələri nəzərdə tutulur.

Əlbəttə ki, bu, qəbuledilməzdir.

Bölgəyə rus hərbi qüvvəsi yerləşdirilərsə, süverenliyin mənası itər və Rusiyanın siyasi baxımdan təsir dairəsinə düşmək ehtimalı danılmaz olar.

İşğal altında olan torpaqlarımız olduqca münbit sərvətlərə malik ərazilərdir.

Rusiyanın bu sərvətlərə göz dikməsi və digər faktorlar göz önündədir

Yəni, Rusiya münaqişəni öz xeyrinə olan formatda həll etmək xülyasındadır.

Buna isə getmək və razı olmaq olmaz!!!

Elman VƏLİYEV,

Politoloq

Etikxeber.az

Read Previous

Ali məktəblərə qəbulun (yerləşdirmənin) nəticələri-AÇIQLANDI…

Read Next

“Müharibə başlayarsa, bu, bütövlükdə region, daha geniş vüsət alarsa, dünya üçün təhlükə yaratmış olacaq…”-MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir