Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə nəticələnən terror aktını həyata keçirən Mevlut Mert Altıntaşın hücuma oteldə hazırlaşdığı məlum olub.
Etikxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 14-də Altıntaş Çankaya Bələdiyyəsinin Müasir Sənətlər Mərkəzinin yaxınlığında yerləşən otelə zəng edərək nömrə sifariş edib. Hadisə günü 214 nömrəli otaqda yerləşən terrorçu daha sonra buradan Müasir Sənətlər Mərkəzinə gəlib.
Altıntaş sərginin açılışında çıxış edən səfir Andrey Karlovun arxasında dayanıb. Bir müddət sonra silahını çəkərək səfiri başından güllə ilə vurub. Daha sonra bir neçə dəfə havaya atəş açıb.
Con F.Kennedi prospektində baş verən hadisəyə ilk olaraq yol polisləri müdaxilə edib. Polislərin “Təslim ol, silahını at, səni buradan sağ çıxaraq” çağırışına Altıntaş belə cavab verib: “Mən buradan sağ çıxmayacam, onsuz da buraya sağ qalmaq üçün gəlməmişəm”.
Etikxeber.az