RUSİYADA AVTOBUS FACİƏSİ: 11 ölü, 40 yaralı

Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusu aşıb.

Avtobusun aşması nəticəsində də ölənlər və yaralananlar var, artıq ölənlərin sayı 11 nəfərə çatıb.

Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının  Petrovsk-Zabaykalsk rayonundan keçən hissəsində qeydə alınıb.

İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Etikxeber.az

Read Previous

Dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində “D”, “G” və “I” qruplarında görüşlər keçirildi – FOTO

Read Next

Makron son bir ayda ikinci dəfə qalib oldu – ikinci dəfə seçkini uddu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir