RUSİYADA DÜNYA ÇEMPİONATI TƏXİRƏ DÜŞSƏ… Deputat yazdı

Britaniya hökuməti 2 şəxsin zəhərlənməsinə görə Rusiyaya qarşı son 30 ildə görünməyən diplomatik həmlə həyata keçirir.

Artıq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması haqda qərar verilib və axşam saatlarında gərgin müzakirələr olacaq.Digər tərəfdən, Baş nazir Tereza Mey qəfil zərbə vura biləcəklərini ifadə edib və açıq-aşkar Kremli hədələyib. Belə görünür ki, Qərb Putinin yeni prezidentliyinə qarşı real siyasi-iqtisadi sanksiyaları bir qədər də genişləndirib açıq hərbi toqquşmalara getməyə hazırlaşır.

BMT-də konsensus prinsipi mövcud olduğundan Rusiya Çinlə birlikdə özünü müdafiəyə çalışacaq.Lakin Londondakı 23 dilomatın ölkədən çıxarılması əlaqələri sıfra endirməyə səbəb olacaq və ABŞ-da son dəyişiliklər fonunda Donald Trampın Moskva əleyhinə formalaşan koalisiyaya razılaşmaqdan başqa yolu qalmayacaq.Çünki prezident seçiləndən bu yana Ağ Evin mühasirəsindən çıxa bilməyən və ağır çəkili komanda üzvlərini qurban verən respublikaçı lider Putinə zərbə planından geri dursa, özünü impiçmentə məruz qoyacaqlar.Vaşinqtonda belə vəziyyət Uotorgeyt qalmaqalı zamanı Niksona qarşı tətbiq olunub.

Tereza Mey səfirlik işçilərinin hamısını “kəşfiyyat xidmətinin görəvliləri” adlandırıb.Deməli,bir azdan Sergey Skripal və onun qızının ölümünü bəyan edib bunu Britaniyaya qarşı hücum kimi dəyərləndirmək perspektivi tamamilə realdır.Proseslər Rusiyadakı dünya çemionatının təxirə salınması üçün beynəlxalq kampaniyanın dərinləşəcəyindən xəbər verir.

zahiddd

Əvəzində Putin seçkilərdən sonra açıq-aşkar militarizm xəttini gücləndirib Qərblə müharibə vəziyyətini elan edə bilər.Azərbaycanda prezident seçkilərinin ertələnməsi ölkə daxilindən qaynaqlanmayan, lakin beynəlxalq gərginliyin dinamikasına uyğunlaşdırılan bir prosesdir,onun düzgünlüyünə qarşıdakı aylarda hər kəs əmin olacaq.

İndi rəsmi Bakı bütün siyasi pulsları tərəflərin onu özünə doğru çəkib müttəfiqə çevirməsinə yol vermədən vəziyyəti uğurla həll etməsinə yönəltməyə çalışır.

Deməli, Rusiya ilə qonşu dövlətlərin hamısı məlum şəraitdən itkisiz çıxmaq planları üzərində işləyir və burada dayanıqlı, sabit bir idaretməyə malik olmaq çox önəmlidir.

Çörçil və Stalindən fərqli olaraq,Putin və Mey tarixi missiyalarını dərindən dərk edərək, razılaşmaya gəlməsələr, seçki prosesləri, demokratik proseduralar və bu kimi son 50 ilin ictimai-siyasi nailiyyətləri bir andaca puç ola bilər.

London və Moskva hamıya lazımdır.

Lakin 3-cü ölkələrdə toqquşma ənənəsi bu dəfə haradan baş qaldıra bilər,əsas sual bax budur.

İŞİD, Yaxın Şərq, Suriya təhlükəsi hələ sovuşmamış dünya indi yeni eraya qədəm qoyur.

Əsəb sistemini sıradan çıxaran “noviçok” qazı,yaxud seçkilərdə böyük platforma kimi təqdim olunan yeni nüvə başlıqları ondan xəbər verir ki, anqlo-saks dünyası slavyan aləminin yeni məkanlara doğru canatımını cihadla qarşılayacaq.

Indi cinahını seçməlisən-kimin tərəfində döyüşməli?Bəli, hərənin öz seçkisi var…

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Nizami Azərbaycan türküdür – BİNƏLİ YILDIRIM – FOTO

Read Next

Cümhuriyyətin qurucuları ilə fəxr edirik – PREZİDENT – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir