Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 18 ÖLÜ

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Krasnoyarsk ərazisində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısı ölüb.

Onlardan 15-nin sərnişin, 3-nün isə ekipaj üzvü olduğu vurğulanır. Rusiya Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

Hadisənin səbəbləri araşdırılır.

İlkin ehtimallara görə qəza texniki nasazlıq səbəbindən baş verib.

Etikxeber.az

Read Previous

Elmira Axundovadan sərt təpki: YAZIÇILAR BİRLİYİ DEPUTATIN MÜDAFİƏSİNƏ QLXDI

Read Next

Türkiyə ABŞ səfirliyinin yeni binasının inşasını dayandıracaq?! – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir