Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib.
Etikxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.
Qəzadan sağ qurtaran yoxdur.
***
Rusiya prezidenti Vladimir Putin hökumətə Аn-148 sərnişin təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb.
Bunu prezidentin mətbuat katibi Dmitriy Peskov bildirib.
D.Peskov qəzada qohumlarını və yaxınlarını itirənlərə Rusiya prezidentinin başsağlığını çatdırıb.
Etikxeber.az