Rusiyada təyyarə qəzaya uğradı: 71 NƏFƏR ÖLDÜ – YENİLƏNİB

Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib.

Etikxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Qəzadan sağ qurtaran yoxdur.

***

rusiya-qeza

Rusiya prezidenti Vladimir Putin hökumətə Аn-148 sərnişin təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb.

Bunu prezidentin mətbuat katibi Dmitriy Peskov bildirib.

D.Peskov qəzada qohumlarını və yaxınlarını itirənlərə Rusiya prezidentinin başsağlığını çatdırıb.

Etikxeber.az

Read Previous

BELƏ CƏNGAVƏRSİNİZSƏ, MÜBARİZƏNİZİ GƏLİN VƏTƏNDƏ APARIN! – Deputat yazır

Read Next

Deputat Vilnüsdən səsləndi: “Metsamor” ciddi təhlükə mənbəyinə çevrilib”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir