Rusiyalı məmur-siyasətçi Bakıda ABŞ əleyhinə sərt ifadələr işlətdi…

“Biz həmişə özümüzü Azərbaycanda rahat hiss edirik. Bu forumun formatı çox vacibdir. Biz yeni layihə və perspektivlər gözləyirik. Rusiya Azərbaycan ağır postsovet böhranından çıxan ölkələrdir. Azərbaycan vacib regional dövlətə, Rusiya isə böyük ölkəyə çevrilib”.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakıda keçirilən VII Rusiya-Azərbaycan regionlararası forumda çıxışı zamanı Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.

İki ölkənin beynəlxalq aləmdə müstəqil siyasət yürütdüyünü deyən R. Abdulatipov qeyd edib ki, Rusiyaya sanksiyalar tətbiq olunanda, Azərbaycan bu sanksiyaları dəstəkləməyib: “Buna görə də Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm. Təəssüf ki, ABŞ dünyada sabitliyin bərpasında vacib rol oynamalı olduğu halda münaqişələrin mənbəyinə çevrilir. Bu ölkədə prezidentliyə namizədlər ABŞ-ın xeyrinə yox, Rusiyanın əleyhinə kampaniya aparırlar”. 
Dağıstan Respublikasının Azərbaycanla əlaqələrinə gəldikdə isə R. Abdulatipov 3 il ərzində rəhbərlik etdiyi respublikanın Azərbaycanla münasibətlər quran Rusiya subyektləri arasında ilk “beşliyə” düşdüyünü vurğulayıb: “Mən Dağıstana gələndə, respublikada iqtisadi durum yaxşı deyildi, yanında uğurla inkişaf edən Azərbaycan var idi. Lakin aralarında heç bir iqtisadi və mədəni əlaqələr yox idi. 3 il ərzində Azərbaycanla münasibətlər quran Rusiya subyektləri arasında ilk “beşliyə” düşdük. Dağıstan informasiya təbliğatına baxmayaraq, Rusiyanın ən sakit regionlarından biridir. Təəssüf ki, Dağıstanın çoxlu sayda daxili düşmənləri var. Biz Xəzər dənizinin statusu ilə bağlı məsələdə pis işləyirik. 25 ildir Xəzərin dibinin statusu ilə bağlı danışıqlar aparırıq, bu müddətdə buraya üçüncü tərəflər daxil olur. Bu barədə sabah fikirləşəndə, deyəcəyik ki, bizə işləməyə mane olurlar”.

Etikxeber.az

Read Previous

Məlahət İbrahimqızı “Avronest”-də profil komitəsinin həmsədri seçildi

Read Next

Azərbaycan və Rusiya vilayətləri arasında 12 sənəd imzalanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir