“Rusiyanın əməli və sözü üst-üstə düşmür: Bir tərəfdən sülhə çağırış edən, neytral qaldığını ifadə edən rəsmi Moskva, digər tərəfdən Ermənistanı pulsuz silahla təmin edir, bununla bölgədə sülhün təmin olunmasına maneə yaradır, sözdə olmasa da əməldə ərazi bütövlüyü prinsipi şübhə altına alınır…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏSKİN ETİRAZ

Rusiya 200 ildir ki, bölgədəddir. Bu müddət ərzində Cənubi Qafqazda Rusiya ən etibarlı tərəfdaşlığı Azərbaycandan görüb. Azərbaycan daim, qarşılıqlı öhdəliklərinə vicdanla sadiq qalıb. Eyni şeyi ermənistan barədə demək olarmı? Baxmayaraq ki, Ermənistan mövcudluğunu Rusiyaya borcludur, lakin bütün mümkün imkanlarda ermənilər Rusiyanı arxadan vurub.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, bu gün Azərbaycandan fərqli olaraq ermənistanda bir dənə də olsun rus dilində məktəb yoxdur, faktiki olaraq rus etnosu yaşamır.

Onun sözlərinə görə, hətta Tovuz hadisələrinə qədər Ermənistanda Rusiya əleyhinə mitinqlər səngimir, Rusiya rəhbərliyi təhqir edilir, “Rusiya ermənistandan rədd olsun” deyilirdi:

“Yaxşı bütün bunların fonunda Rusiya nə edir? Rusiya qonşuluq, tarixi dosluq ənənələri bir yana, beynəlxalq hüquqla onlara etibar edilmiş Minsk qrupunun həmsədrlik institunun imperativ tələbi olan neytrallığı belə qorumur. Rus mediası barədə danışmayacam. Deyə bilərik ki, muzdlu jurnalistvə ləyaqətsiz şəxs olan Solovyov yaxud digər hansısa media mənsubu dövlətin mövqeyini ifadə etmir. Dövlətin mövqeyini V.Putin son 2 müsahibəsində bəyan edib, bu yanaşma bizim üçün kifayət qədər qənaətbəxş olub.

Lakin, təəssüf ki, Rusiyanın əməli və sözü üst-üstə düşmür. Bir tərəfdən sülhə çağırış edən, neytral qaldığını ifadə edən rəsmi Moskva, digər tərəfdən Ermənistanı pulsuz silahla təmin edir, bununla bölgədə sülhün təmin olunmasına maneə yaradır, sözdə olmasa da əməldə ərazi bütövlüyü prinsipi şübhə altına alınır. Cənab Prezident özü örtülü formada dedi, onların bircə kəlmələri bəsdir ki, bölgədə erməni yerində otursun. Düzdür, bu gün bizə kiminsə “ianəsi” lazım deyil, biz erməni itini özümüz böyük uğurla qovuruq.

Lakin əziz qonşumuz anlamalıdır ki, təcavüz və işğal faktının dəstəkləyən, ərazi bütövlüyünə hörmətsizlik ifadə edən hərəkətlərə yol verən dövlət özü bu amillərin gec tez qurbanına çevrilir. Bizdə bir Qarabağ bölgəsidir, orada da məsələni həll etmək üzrəyik, amma unutmasınlaar ki, özlərində dini, dili, mentaliteti fərqli olan 10-la subyekt var və Rusiyanın sözdə yox əməldə nümayiş etdirdiyi ərazi bütövlüyünə hörmətsizlik və təcavüzə dəstək sabah onun özünün onsuzda oyanmaqda olan subyektləri üçün bir presedent olacaq.

Mənim bu çıxışım rus düşmənçiliyi kimi qəbul edilməsin, bizim Rusiya ilə silinə bilməz əlaqələrimiz var, ortaq tarixi bağlarımız var, elm mədəniyyət sahəsində Rusiyanın Azərbaycana unudulmaz dəstəyi olub, eləcə də ən çətin dönəmlərdə biz təbii sərvətlərimizlə, insan potensialımızla Rusiyanın yanında olmuşuq, bu gün də şimal qonşumuzla əlaqələrin davamlılığında və daha da dərinləşməısində maraqlıyıq, lakin yaxşı olardı ki, eyni niyyət və eyni səmimiyyəti biz əziz şimal qonşumuzdan da görək. Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək, dövlətlər arasında xoş münasibətlər qarşılıqlı olmalıdır”.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında vaxt darlığından millət vəkilinin çıxış etmək imkanım olmayıb və çıxışını parlamentin aidiyyatı strukturuna yazılı formada təqdim edib

Etikxeber.az

Read Previous

“Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir”-MN VƏ DSX-DƏN BİRGƏ SƏRT XƏBƏRDARLIQ

Read Next

“SÜLHSEVƏR AZƏRBAYCAN”-Altınbek Mamayusupov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir