Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili-XİN-Ə ÇAĞIRILDI

Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-dın Etikxeber.az-a verilən məlumata görə, görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.

Həmçinin, Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb.

V. Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı bildirilib.

Etikxeber.az

Read Previous

İkinci Şəhidlər Xiyabanı: Canları, qanları ilə Vətəni Vətən edən Oğullar, Şəhidlər-AZƏRBAYCANI BİR GECƏDƏCƏ DƏYİŞMİŞ POLAD HƏŞİMOV, BAŞ LEYTENANT CEYHUN NƏHMƏTOV VƏ LEYTENANT TEYMUR MƏCİDZADƏ… – FOTOLAR

Read Next

“Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır”-BUNU HEİKO MAAS RAFAEL HÜSEYNOVUN SUALINA CAVABINDA DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir