“Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik”-TÜRKİYƏDƏN PUTİNƏ ETİRAZ

Türkiyə Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyinin tanınması qərarını pisləyib.

Etikxeber.az məlumat verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi tvitter hesabında paylaşım edilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir.

“Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik.

Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı bildirir, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq”– deyə, rəsmi Ankara mövqeyini ifadə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

Etikxeber.az

Read Previous

Bayden “DXR” və “LXR”in “müstəqilliyi”nin tanıması ilə bağlı yeni sanksiyalara dair-FƏRMAN İMZALADI

Read Next

“COVID-19” pasportu olmadığına görə-62 NƏFƏR ŞƏNLİYƏ BURAXILMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir