“Rusiyanın qorxusundan o da Türkiyə ilə savaşmayacaq…” – POLİTOLOQ

“Türkiyə ordusu Suriyada növbəti hərbi əməliyyata başlayıb. Türkiyə Suriyanın Afrin ərazisini nəzarətə götürülməlidir ki, terrorçuların əlində böyük koridor olmasın”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Türkiyənin bu əməliyyatda yeganə düşməni PKK, YPG və PYD terrorçu təşkilatlarıdır:

resimid_4477981-1

“Heç bir dövlət bu terrorçu təşkilatlara görə Türkiyə ilə savaşmaq istəmir və istəməyəcək. Rusiya bu əməliyyata görə Türkiyə ilə tərəfdaşlıqdan vaz keçməyəcək, Rusiya XİN başlanan əməliyyata görə ABŞ qınayıb. Çünki, Türkiyənin növbəti dəfə Suriyaya müdaxiləsinin səbəbi ABŞ-ın terrorçu təşkilatlara dəstəyini artırması qərarıdır.

Buna baxmayaraq, Amerika da silahlı kürd müttəfiqlərinə görə Türkiyə ilə üz-üzə gəlmək istəmir. İrana qaldıqda Türkiyənin Suriyaya müdaxilə edib PKK-nın törəmə təşkilatları ilə mübarizəsi onun da maraqlarına cavab verir, çünki özündə də radikal kürdlər var. Qaldı Bəşər Əsəd, bir az o Türkiyənin müdaxiləsinə deyinəcək, barmaq silkələyəcək, ancaq Rusiyanın qorxusundan o da Türkiyə ilə savaşmayacaq. Ərəb dünyasını isə Türkiyənin silahlı kürdlərlə mübarizəsi heç maraqlandırmır da. Demək, yol açıqdır, türk hərbçilərinə uğurlar arzulayırıq!”

Etikxeber.az

Read Previous

Amma əks, həm də bumeranq effekti verdi… – ƏLİ MƏSİMLİ YAZDI

Read Next

“Suriya mərkəzi höküməti ilə işbirliyi qurmalıyıq…” – BAŞBUĞDAN İLGİNC AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir