Ruslan Lunyovun 2-ci, Azərbaycanın 12-ci qızıl medalı… – FOTO

Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının final qarşılaşması keçirilib.

Etikxeber.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Türkiyə və Səudiyyə Ərəbistanı komandaları qarşılaşıblar. Həlledici görüşdə qalib gələn Səudiyyə Ərəbistanı yığması IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsində üstünlüyü əla alan Səudiyyə Ərəbistanı komandası qalib gəlib -12:10. Görüşün ikinci hissəsini də qələbə (14:11) ilə başa vuran Səudiyyə Ərəbistanı yığması yekunda 26:21 hesabı ilə üstün olaraq qızıl medalları təmin edib.

Türkiyə həndbolçuları isə gümüş medalla kifayətlənməli olublar.

Etikxeber.az

Read Previous

Qadın idman gimnastlarımız qızıl, kişi atletlərimiz isə gümüş medala sahib oldu- FOTOLAR

Read Next

Türkiyənin kişi tennisçiləri qrupda birinci yerə çıxıblar – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir