Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mən az qala 30 ilə yaxındir ki,əvvəllər SSRİ Yazıçılar İttifaqının,sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum.Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı“.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış şair Rüstəm Behrudi dilə gətirib.
Onun qeyd etdiyinə görə, ancaq indi baxıb görür ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan Yazıçılar Birliyinin ədəbi orqanları bircə dəfə də olsun, doğum günlərində adını çəkməyib.
“Niyə? Görəsən şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər? Yazıçılar Birliyinin üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm“-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az