“Rüstəm, Teyfur, Vüqar, Həsən, Ülvi…FATEHLƏR!”-KAMİL HƏMZƏOĞLU YAZIR

Bir az olar ki, evə gəlmişəm…

İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından, İgidlərindən, Füzuli, Daşaltı, Qubadlı, Şuşa Fatehlərindən biri-əslən Laçınlı, özü Bakıda-Bayılda böyüyüb boya-başa çatan, Şəhidlər ailəsindən olan, iki övlad atası, Şəhid əmisinin-Rüstəm Mirzəyevin adını qürurla daşıyan 27 yaşlı RÜSTƏM MİRZƏLİgildəydim…

İgidimiz Rüstəm, Rüstəm balamız məni də, döyüş, cəbhə dostlarını da, qardaşlarını da evlərinə qonaq dəvət etmişdi, bir süfrə başına toplamışdı…

Qeyd edim ki, Rüstəmi də təsadüfən, dostu-taksi sürücüsü işləyən gözəl qəlbli Faiq balamız vasitəsi ilə qiyabi şəkildə tanımışdım….

Sosial şəbəkə hesabımda da, Etikxeber.az-da da bir necə dəfə haqlarında yazmışam…

Təxminən 3 saat çəkdi qonaqlığımız, görüşümüz, tanışlığımız…

Gerçəkdən şad, məmnun oldum, qürur duydum bu görüşdə iştirak etməyimdən, belə İgidlərlə-Rüstəm və dostları, döyüş yoldaşları- Füzuli, Xocavənd, Daşaltı, Qubadlı, Şuşa, Barambat, Talış, Ağdam Fatehləri ilə bir masa ətrafında əyləşməyimdən, halal süfrə arxasında çörək kəsməyimdən, onlarla tanışlığımdan, səmimi, ömür boyu unudulmayacaq, doyulmayacaq söhbətlərindən…

Nələr yaşadım, nələr yaşandı…Təsəvvür etməzsiniz…Sözlə, kəlməylə ifadəsi belə mümkün deyil gerçəkdən…

Nə söhbətlər oldu, nə anlar yaşandı…

Hamısı, hər biri də sözün əsl mənasında VƏTƏNPƏRVƏR, FƏDAKAR, CƏSUR, QORMAZ, CƏNGAVƏR, FATEH bir OĞUL…

Halal olsun onları dünyaya gətirən, onlara tərbiyə verən, böyüdən valideynlərinə…Həm onların, həm də Rüstəm və Fateh dostlarının qarşısında baş əyirəm…Qarşılarında gerçəkdən baş əyiləcək OĞULLARdır…

Dinlədikcə, qulaq asdıqca həm onlarla, həm onların valideynləri ilə, həm də MİLLƏTİMlə fəxr edir, qürur duyurdum bir daha…Nə MİLLƏTİMİZ, nə OĞLULLARIMIZ varmış İlahi… Təəssüf ki, hələ də özümüz-özümüzü kəşf etməmişik axıracan…

İnanın ki, söhbətlərindən doymaq olmurdu, doymurdum… Hər biri bir DASTANI, bir hərb SƏLNAMƏSİ

Heç ayrılmaq istəmirdim onlardan, heç… Eləcə dinləmək istəyirdim…

Bu anları, bu günü mənə yaşatdıqlarına görə, hamısına-Rüstəmə, onun gözəl ailəsinə-Birinci və İkinci Qarabağ Savaşının iştirakçısı, veteranı Birinci Vətən Müharibəsində, 1992 və 93-cü illərdə 3 əzizini Şəhid vermiş, qardaşını, dayısı və xalası oğlunu itirmiş Tahir dayıya, o cümlədən, dilli-dilavər,İkinci Vətən Müharibəsinin hər anını saniyəbəsaniyə, zərgər dəqiqliyi ilə xatırlayan, danışan-Qəbələli balası Vüqara, sakit təbiətli-Astaralı balası Teyfura, gülərüz-Qazaxlı balası Ülviyə, mehriban xasiyyətli-əslən Dağıstanlı (Xasavyurdlu)-Ləzgi balası Həsənə və Rüstəmin timsalında bu OĞULLARI, BU FATEHLƏRİ mənə tanıtdığı üçün dostcanlı-İsmayıllı balası Faiqə minnətdaram…

Var olsunlar, min yaşasınlar…Öpürəm, bağrıma basıram hamısını.

Qeyd edim ki, İgidlərimizdən üçü-həm Rüstəm, həm Vüqar, həm də Teyfur iki medalla-“Qubadlının azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar Ali Baş Komandan tərəfindən və sonunacan da Haqq edirlər bu medalları…Hətta daha artığına layiqdirlər.

Eyni zamanda, hər ikisi də iki övlad atası Ülvi ilə Həsən qardaşımız da təltif olunacaqları günü ümidlə və səbrsizliklə gözləyirlər…Çünki onların da halal Haqqıdır.

Allah qorusun və hifz etsin onları-FATEHlLƏRimizi!

Fəxrimizdirlər, qürurumuzdurlar!

P.S. Növbəti yazımda haqlarında geniş bəhs edəcəm.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhid ailələri və Qazilərimiz hər zaman ölkə Prezidenti ilə Birinci vitse-prezidentin diqqət və nəzərindədirlər”-MİLLƏT VƏKİLİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRDİ – FOTOLAR

Read Next

“Qiymət artımı SOCAR rəhbərliyi üçün əhəmiyyətli görünməyə bilər, lakin ölkədə hər kəs onlar kimi yaşamır, axı?!”-MİLLƏT VƏKİLİ TARİF ŞURASINA ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir