Rustovda anadan olan, Xaçmazda böyüyən, Şuşa azad olunan gün Şuşada Şəhid olan-İDMANÇI, MƏŞQÇİ, ÜÇQAT DÜNYA ÇEMPİONU, KİÇİK ÇAVUŞ, 5 MEDALLI KƏRƏM VEYİSOV VƏ YA İKİ ŞƏHİD ANASININ DUYĞULU GÖRÜŞÜ…- FOTOLAR

Hazırda Xaçmazda, Nur üzlü Şəhidimiz Kərəm Səttər (Səddar) oğlu Veyisovgildəyik…

Bir neçə gün öncə Şəhidimizin Mələk simalı anası (onunla Astarada Şəhid ailələrinin görüşündə tanış olmuşdum) Nərgiz xanımla, Nərgiz ana ilə danışmışdım və onlara, Xaçmaza gələcəyimi, onları, Şəhidimizi ziyarət edəcəyimi bildirmişdim…

Eyni zamanda, söhbət əsnasında digər Nur üzlü Şəhidimiz, evin tək oğlu, əslən Bərdənin Güloğlular kəndindən olan Fəxri Qəribzadənin anası Mehparə xanım, Mehparə ana Xaçmaza, Şəhid Kərəm Veyisovgilə gedəcəyimi bildi və bu zaman özünün də Şəhidimizi və ailəsini ziyarət etmək istədiyini bildirdi…

Və vədələşərək bu gün səhər tezdən birlikdə Bakıdan Xaçmaza, Şəhidimiz Kərəm Veyisovun ailəsini ziyarətə gəldik…

Və qeyd etdiyim kimi, hazırda da Şəhidimiz, Kərəm Veyisovgildəyik…

Şəhid valideynlərinin, Şəhid analarının, iki Qürurlu və Dik duruşlu ananın görüşü də çox duyğulu oldu…

Həmin mənzərəni ifadə etməyə isə sözlər, kəlmələr yetməz

Qeyd edim ki, Şəhidimiz, İgidimiz Kərəm ailənin iki oğlan övladından biri, evin kiçik oğlu, kiçik qardaş olub…

Böyük qardaşı Valeh Kərəmdən düz 4 yaş böyükdür…

Valeh 1994-cü il, Kərəm 1998-ci il doğumludur…

Onu da qeyd edim ki, Kərəmgil əslən Qubanın Rustov kəndindəndirlər…

Tanınmış, korifey sənətçimiz Bəşir Səfəroğlunun kəndindən…

Sonra, Kərəm 6 yaşında olarkən, 2004-ci ildə Qubadan, Rustovdan Xaçmaza üz tutublar, pənah gətiriblər…

Kərəm də, qardaşı da Xaçmazda böyüyüb boya-başa çatıblar…

Kərəm tanınmış idmançı, məşqçi və kiçik çavuş olub…

İkinci Vətən Müharibəsinə də öz istəyi ilə, təkidlə, könüllü gedənlərdən, ürəyi Qarabağ, Vətən eşqilə döyünənlərdən olub…

Döyüş yolu da şərəfli və uzun olub…

Şuşayacan döyüş yolu keçib və elə Şuşada da, Şuşa azad olunan gün Şəhidliyinə, Şəhadətinə qovuşub…

Nəşi isə 3 gün sonra, noyabrın 11-ində Xaçmaza gətirilərək, Qaraqurdlu kənd qəbiristanlığında dəfn olunub…

Və həyat nə qədər qəribə və nə qədər dəhşətlidir…

2019-cu ilin noyabrın 11-ində böyük qardaşın, böyük oğulun-Valehin toyu olub…Və cəmi bir il sonra-2020-ci ilin noyabrın 11-ində kiçik oğulun, kiçik qardaşın-Kərəmin nəşi torpağa tapşırılıb…

Bu yerdə qeyd edim ki, Qaraqurdlu qəbiristanlığında Kərəm də daxil olmaqla, 4 İkinci Vətən Müharibəsi Şəhidimiz dəfn edilib…

Ölümündən sonra Şəhidimiz İgidliyinə, Qəhrəmanlığına görə, 5 medalla təltif olunub…

Şəhidimizin ailəsinin yeganə istəyi Kərəmin adının, xatirəsinin əbədiləşdirilməsi, daha doğrusu, 9 saylı məktəbə onun adının verilməsidir…

Və bununla da bağlı ölkə rəhbərliyinə, Ali Baş Komandana və Baş nazirə müraciət ünvanlanıb Şəhidimizin ailəsi tərəfindən…Və müraciətlərinə də müsbət cavab veriləcəyi, arzularının çin olacağına çox ümidli və əmindirlər…

Xaçmaz rayon İcra Hakimiyyəti də öz növbəsində Şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində addımlar atıb, belə ki, Xaçmazın küçələrindən birinə Şəhidimizin adının verilməsi ilə bağlı qərar qəbul edib…

Şəhid ailəsi həm Xaçmaz rayon rəhbərliyindən, həm də onları parlamentdə təmsil edən millət vəkili Eldəniz Səlimovdan da razılıq edirlər…

Bildirirlər ki, həm rayon rəhbərliyi, həm də millət vəkili mütəmadi olaraq maraqlanırlar…

Və digər rayonlar və bəzi deputatlar üçün örnək olacaq bir hal, nümunədir!

***

Və bir azdan Şəhidimizin, Şəhidlərimizin Qaraqurdludakı məzarlığını, məzarlarını ziyarət edərək, yenidən Bakıya dönəcəyik…

Allah Kərəm və Fəxri də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanlarını nurlu və cənnətlik etsin!

Nur içində yatsınlar, Kərəmimiz, Fəxrimiz, cəmi Şəhidlərimiz, Vətən sevdalılarımız!

Allah Kərəm və Fəxri də daxil olmaqla, cəmi Şəhidlərimizin Nur üzlü valideynlərinə, Nərgiz anaya, Səttər kişiyə və Mehparə xanıma səbr və dözüm versin!

Qarşılarında baş əyirəm, baş əyirik!

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

23.06.2021, Xaçmaz

Etikxeber.az

Read Previous

Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində-DƏRC OLUNDU

Read Next

Sentyabrın 28-də Şəhid Rəşadın dəfnində iştirak etdi…Özü isə 40 gün sonra Şəhid oldu…Evin yeganə övladı-Şəhid Davud Hacıyev…3 bacının tək qardaşı-Şəhid Rauf Babayev…XACMAZ-QARAQURDLU ŞƏHİDLƏRİ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir