Rüşvətxor, işgəncə verən nə vaxtdan vəkil olub? – YAP-ÇI DEPUTAT

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Etikxeber.az xəbər verir ki,  dəyişiklikdə təklif olunur ki, qanunun 20-ci maddəsinin I hissəsinin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və ona  ikinci cümlə daxil edilsin.

Belə ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.

siyavush

Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov isə  bildirib  ki, bu gün vəkillərin sayının artırılmasına ehtiyac var:

“Bizdə vəkil deyəndə cinayətlə bağlı işlərdə iştirak edənlər nəzərdə tutulur. Ancaq minlərlə mülki məsələlər var ki, orada da vəkillərin iştirakına ehtiyac var. Odur ki, bu barədə təsəvvür  dəyişilməlidir və vəkillərin sayı artırılmalıdır. Kimsə qanun tamamilə dəyişdirilməlidir. Çünki bəzən hüquq-mühafizə orqanlarından rüşvət məsələsinə görə qovulanlar gəlib vəkilliklə məşğul olur. Hansı insanlar ki bu orqanlarda işlərini şərəflə yerinə yetiriblərsə, bu işlə məşğul ola bilərlər. Amma rüşvətxorluq, insanlara işgəncə vermə üstündə işdən qovulanların  heç bir halda  bu işlə məşğul olmasına icazə verilməməlidir. Axı, sən işləyəndə insanların hüququnu pozmusan. İndi, gəlib hüquq müdafiəçisi olmusan?!”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər ciddi müzakirələrə səbəb oldu…

Read Next

Əli Həsənov İlham Əliyevdən yazdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir