“Rüşvətxorluğa son qoyulmalıdır…” – RAMİZ MEHDİYEV

“Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”.

Etikxeber.az ATV-yə istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.

ramiz mehdiyev

PA rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva həmkarlarını belə təbrik etdi: LAYİQDİRLƏR!

Read Next

İlham Əliyev Türkiyəyə səfər etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir