Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Yusif Ramiq oğlu Budaqovun Anım Günüdür.
Evin-ailənin tək-yeganə övladı olan Yusif Budaqovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Anım Günü ilə bağlı bu gün Şəhidin Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.
Etikxeber.az xəbər verir ki, Yusif Budaqov 1997-ci ilin 11 oktyabrında Bakı şəhərində dünyaya gəlib.
O, ailənin tək-yeganə övladı olub.
Atasını Şəhidliyindən az öncə, 2019-cu ilin yayında itirib.
Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub.
Əsgərliyini başa vurduqdan sonra isə dizayn üzrə kollec təhsili alıb.
İkinci Vətən Müharibəsindən bir neçə gün öncə təlimə-səfərbərliyə cəlb olunub və müharibə başlayan kimi döyüşlərdə iştirak edib.
23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə-döyüş yoldaşları ilə birlikdə qeyd edib.
Ancaq doğum günündən bir neçə gün sonra Yusifdən xəbər almaq mümkün olmayıb.
Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayının 27-də) həlak olan Şəhidin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də isə Badamdar qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bir müddət öncə isə Badamdar qəsəbəsindəki küçələrdən birinə adı verilib.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





