Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün saat 11:00 radələrində Müdafiə Nazirliyinin (MN) Hərb Tarixi Muzeyində Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin 4 övladından biri, 3 bacının tək qardaşı, bir qız övladı Vətən əmanət qalan Bilal Xanlar oğlu Qənbərovun qarşıdan gələn yubiley-Cənnətdəki üçüncü doğum gününə həsr olunmuş “Şəfərli ömrüb sonu!” adlı tədbir düzənlənib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin ailə üzvləri, Bakıdan, Hacıqabuldan, Masallıdan olan Qazilər (Fərid Həsənov, Rabil Həmidov, Rəşad Əmənov və Soltabəy Daşdıyev), hərbçilər, Hərb Tarixi Muzeyinin rəhbərliyi və əməkdaşları, eləcə də digər şəxslər iştirak ediblər.
Tədbirdə öncə mərhum dövlət başçısı Heydər Əliyev, eləcə də sonuncu 2023-cü il 19-20 sentyabr Şəhidləri də daxil olmaqla, cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Dövlət himni səsləndirilib, Şəhidə həsr olunmuş “Vətən haqqı” filmi nümayiş etdirilib.
Daha sonra çıxışlar edilib.

Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, Şəhidin anası Gültəkn Qənbərova, döyüş yoldaşı -Xüsusi Tətinatlı Fərid Həsənov, bacısı Aida xanım çıxış ediblər.
Çıxışlarda Şəhidin keçdiyi 27 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub, Vətən naminə fədakarlıqlarından söz açılıb.
Eyni zamanda, tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, bugünlərdə Qarabağ iqtisadi rayonunda uğurla başa çatan lokal xarakterli antiterror tədbirlərindən danışılıb.
Həmçinin, tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının rus bölməsinin Bilal Qənbərov adına 2B və 6B siniflərinin şagirdlərinin hazırladığı şeir kompozisiyası nümayiş etdirilib, o cümlədən MN-nin Həzi Aslanov adına Ordu, İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar səsləndirilib.
Tədbirdə zaman-zaman kövrək, duyğulu, təsirli anlar da yaşanıb, tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Şəhidin ailə üzvləri-valideynləri də öz növbəsində tədbirin təşkilinə görə təşkilatçılara-Hərb Tarixi Muzeyinin rəhbərliyi və əməkdaşlarına minnətdarlıqlarını ifadə edib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını dilə gətiriblər.
Tədbir bir saat davam edib.
Sonda xatirə fotosu çəkdirilib.
***
Qeyd edək ki, əslən Gürcüstanlı olan Bilal Qənbərov 1993-cü ilin 29 sentyabr tarixində ziyalı ailəsində dünyaya gəlib.
Ailəsi ilə birlikdə Bakının Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayıblar.
Ailənin 4 övladından biri, evin tək oğlu, 3 bacının tək qardaşı idi.
Orta təhsilini 2000-2011-ci illlərdə alıb.
2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də Vətənə xidmət borcunu yerinə yetirərək, tərxis olunub, ailəsinə, evinə dönüb.
Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb.
O da, bacıları da ailəli olub.
Bilal Qənbərov 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb.
Və İkinci Vətən Müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-də qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.
Nəşi Bakıya gətirilərək, 4 noyabr tarixində Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bilal Qənbərovun həm də Nazlı adlı qızı Vətənə əmanət qalıb.
12:21
***
FOTOLAR:





13:21
***



















14:59
***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




