Şəffaf şüşədən bulanıq baxışlar… – RAQİF ALLAHVERDİ YAZDI

Şüşə, patı, kristal, met kimi adlarla bilinən, qısa müddətdə güclü asılılıq yaradan,  rəngsiz  və qoxusu olmayan  metafetamin   sintetik bir  maddədir.

Kimyəvi tərkibi amfetamin qrupuna bənzəyir.

Bu sintetik maddənin mərkəzi sinir sisteminə çox güclü  təsiri var.

Bu maddənin istifadə müddətindən asılı olmayaraq, yaranan problemlər daha çox özünü  aqressiv davranış, nevroloji hərəkətlər, həmçinin, depressiya və bunabənzər hallarla büruzə verir.

Sitatistikasına nəzərən hazırda dünayada 185 milyon insan qanunla qadağan olunan madələrdən istifadə edir. 

Və bunun  33,4 milyonu amfetamin istifadəçisidir.

 Bu maddəni istifadə edən alüdəçilərdə ürək döyünütülərinin artması, böyrək çatışmazlığı, mütəmadi baş gicələnməsi, yaddaş pozğuntusu, hətta  ürək dayanması  kimi anidən baş verən ölüm halları müşahidə olunur.

 Eyni zamanda, diş tökülməsi, bədəndə yaralar və çəki azalamsı metamfetamindən istifadə nəticəsində baş verir. 

Depressiya, əsəbilik, əzginlik, iştahsızlıq, təcavuzkarlıq metamfetamin istifadəsində görünən simptomlardır.

Bu simptomlar metamfetmain istifadəçilərində intihar düşüncələrinin yaranmasına səbəb ola bilir.

Beləliklə, metamfetamin qısa müddətdə güclü asılılıq yaradaraq ondan istifadə edənlərdə ciddi psixoloji və fiziki fəsadlar törədir.

 Əgər  sizin də çevrənizdə qeyd olunan təsirləri daşıyan şəxs  və ya şəxslər görsəniz, mütləq 802 qaynar xəttə müraciət etməyinizi xahiş edirik.

Unutmayın: biz sizin və yaxınlarınızın sağlamlığını düşünürük.

Zənglər məxvi olaraq saxlanılacaq.

Raqif ALLAHVERDİ

Etikxeber.az  

Read Previous

4 bacının tək qardaşı-Şəhid Əli Məmmədovun valideynlərindən ölkə Prezidentinə müraciət: “İSTƏYİRİK Kİ, ÖVLADIMIZ “ZƏFƏR VƏ YA “QARABAĞ ORDENİ İLƏ TƏLTİF OLUNSUN, XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLSİN”

Read Next

“Xilaskarlıq missiyasını yerinə yetirən Azərbaycan qlobal oyunçuya çevrilir…”-ƏMİNƏ AĞAZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir