Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan münaqişəyə məsuliyyətli dövlət idarəçiliyi sayəsində son qoymağı bacardı.
Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində Qarabağ Universitetində çıxışı zamanı deyib.
Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa tarixi mərhələsinə qədəm qoyur:
O, sonra “Azərbaycana qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq. Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”-deyə, qeyd edib.
Etikxeber.az