Səfir: “Millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir”

“Türkiyədə millət vəkillərinin həbs olunması ilə bağlı proses yeni başlamayıb. Bütün partiyalardan olan millət vəkillərinin toxunulmazlığı aradan götürülüb”.

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, ifadəyə çağırılan digər millət vəkilləri bu günə kimi gedib ifadə veriblər: “Bu millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır. İşlənən günahın cəzası verilməlidir”. 
E. Özoral dekabr ayında TürkPA-nın katibliyinin yeni binasına daşınacağını, bu məqsədlə TBMM sədrinin Azərbaycana səfərinin gözlənildiyini söyləyib.
Səfir Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlə bağlı hazırlıqların davam etdiyini də vurğulayıb.

Etikxeber.az

Read Previous

İraq ordusu Mosul yaxınlığındaki şəhəri İŞİD-dən geri aldı

Read Next

Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir- SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir