Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Birinci Qarabağ Savaşının iştirakçısı və İkinci Vətən Müharibəsi Şəhidi, polkovnik-letenant Xeyrulla Mais oğlu İbrahimovun Şəhadət günüdür.
Bu gün-26 oktyabr 2026-cı il tarixində Xeyirulla İbrahimovun Şəhadətindən altı il keçir.
19 aprel 1971-ci il təvəllüdlü, ailənin üç övladından biri, ali-hərbi təhsilli, polkovnik-leytenant, ailəli, iki övladı Vətənə əmanət qalan Xeyrulla İbrahimovun Şəhadət günündə-bu gün səhər saatlarında Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli Xeyrulla İbrahimovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Etikxeber.az xəbər verir ki, sonra Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib.
Millət vəkili Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və digər ziyarət iştirakçıları çıxışlarında tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Xeyrulla İbrahimov da daxil olmaqla, Şəhidlərimizin İgidlik və Qəhrəmanlıqlarından bəhs ediblər.
Çıxışlarda Şəhidin ailəsinə-anası Xalidə xanıma, atası Mais İbrahimova, həyat yoldaşı Pərvanə xanıma və hər iki övladına Allahdan səbr və dözüm arzulanıb.
Millət vəkili Vüqar Rəhimzadə bildirib ki, hər bir kəsin ən başlıca vəzifəsi, borcu odur ki, Şəhidlərimizi unutmasınlar, yad etsinlər.
“Hər birimizin borcudur ki, Şəhidlərimizi unutmayaq, onları xatırlayaq, yad edək. Hər zaman Şəhid ailələrinin yanında və onlara dəstək olaq”-deyə, o, qeyd edib.
Şəhidin anası Xalidə xanım da öz növbəsində ziyarət iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.
“Bəlkə də Sizlər olmasaydınız Şəhid valideynləri, Şəhid ailələri bu gün ayaq üstə dayana bilməzdilər. Sizlərin dəstəyi, yanımızda olmağınız bizləri-Şəhid valideynlərini, Şəhid ailələrini yaşatdı, ayaq üstə saxladı”-deyə, Şəhid anası əlavə edib.
Şəhidin məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi keçirilib, adına çay-ehsan süfrəsi açılıb.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar olunub.
Xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, din xadimləri və digər şəxslər iştirak ediblər.
Nur içində yatsın!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





