Səhhəti pisləşən jurnalist Prezidentə müraciət etdi

Tanınmış jurnalist Zabil Müqabiloğlu ölkə prezidenti İlham Əliyevdən kömək istəyir.
Etikxeber.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib. Jurnalist hazırda birinci əməliyyatın uğurla başa çatdığını vurğulayıb: “Bu əməliyyat qanaxmanın qarşısını almaq üçün aparıldı:
“Hazırda narahatlığım yoxdur. Ağır əməliyyatlar bundan sonra gözlənilir. Aparılan müayinələrə əsasən bir neçə həkim rəy vermişdi. Ümumi rəy belə oldu ki, təcili olaraq qaraciyər dəyişdirilməli, yeni orqan köçürülməlidir”.
Z.Müqabiloğlu nəzərdə tutulan əməliyyatın harada aparılmasının dəqiqləşdirilmədiyini bildirib:
“Millət vəkili Qənirə Paşayeva bəzi şəxslərlə əlaqə saxlayıb. Söz veriblər. Amma dövlət rəhbərindən kömək istəyirəm”.
Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında vəziyyəti ağırlaşıb. Daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya yerləşdirilən jurnalistin qara ciyərində problem yarandığı məlum olub.
Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

Etikxeber.az

Read Previous

Mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanıldı – FOTOLAR

Read Next

“Münaqişəli bölgələr az deyil və burada ədalət prinsipinə etinasız yanaşılır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir