Son zamanlar, son illər Haqqı yeyilən, Haqqı tapdalanan Vətən sevdalılarından, Qazilərimizdən biri də Mingəçevirli Tahir Alı oğlu Quliyevdir…
Qazimiz Birinci Qarabağ Savaşı zamanı, 1992-ci ildə hərbi xidmətə çağırılıb…
Vətənin keşiyində, müdafiəsində dayanıb, qanlı döyüşlərdə iştirak edib…
Və 1993-cü ildə, fevral ayının 11-də Ağdərə–Çıldıranda ağır döyüşlərdən birində yaralanıb…
Sağ ayağının pəncə hissəsindən güllə yarası alıb…
Ağır müalicə-müayinələrdən, əməliyyatlardan keçib…
Özünün də dediyinə görə, 30 ildən çoxdur ki, səhhətindəki problemlərlə, ağrılarla yaşayır…
30 ildən çoxdur əsa ilə gəzir…
“Vallah, çox çətin və acınacaqlı bir həyat yaşayıram…Ailəliyəm, iki övladım var, amma səhhətim ailəmi dolandırmağa imkan vermir…Ağrılardan dayana, tam hərəkət edə bilmirəm…İndiki zamanda işləyə, ailəsinə çörək pulu qazandıra bilməmək nə deməkdir, bunu da təsəvvür etmək çətin deyil…Ailəm qarşısında utanıram, xəcalət çəkirəm…Həm də məni ağrıdan odur ki, Qazilik, əlillik haqqım tapdalanır, yeyilir…Haqqım verilmir…Bu, məni çox üzür, incidir, məyus edir…Axı, ayağımı, sağlamlığımı bu Vətən yolunda qurban vermişəm?! İndi niyə belə münasibət görməliyəm, nədir günahım? Niyə Haqqım verilmir?
Mən buradan hər zaman Qazilərimizin yanında olan, onlara bir an olsun belə dəstəyini, qayğısını əsirgəməyən Müzəffər Ali Baş Komandamınız cənab İlham Əliyevə və dünyanın şəfqət, mərhəmət rəmzi olan Mehriban xanıma, Mehriban Əliyevaya müraciət edirəm, onlardan kömək, dəstək istəyirəm. İstəyirəm ki, vəziyyətimi nəzərə alıb, mənə kömək, dəstək göstərsinlər, Haqqımın tanınması üçün məsul şəxslərə və aidiyyatı qurumlara tapşırıqlarını versinlər. Ümidim, pənahım onlardır. Allah hər ikisini də qorusun!”-deyə, Qazimiz sözlərinə əlavə edib.
İnanırıq ki, Qazimizin müraciəti nəzərə alınacaq və nəhayət, Haqq yerini tutacaq!
Allah Qazimizə Yar və Yardımçı olsun, onun şəfasını versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az