Bakılı, həm də Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidlərindən, ailənin üç oğlan övladından biri olan Elvin Səxavət oğlu Abasovun qardaşı Emil Abasovun əkizlərinin qırxçıxdı mərasimi olub.
Mərasim Bakıdakı şadlıq evlərindən birində baş tutub.
Etikxeber.az xəbər verir ki, 40 günlük Nəzrin və Nihad Abasovlarla bağlı düzənlənən məclisdə nənə-babaları, ata-anaları, qohumları, həmçinin, müxtəlif bölgələrdən olan Şəhid ailələri iştirak ediblər.
Mərasimdə bir daha əkizlərin valideynlərinə, nənə və banalarına, xüsusilə, Şəhid anası Bahar xanıma və Şəhid atası Səxavət Abasova göz aydınlığı verilib, bir daha balaca əkizlərə xoşbəxtlik, sədaət arzulanıb.
Məclisdə həmçinin, əkizlərlə bağlı hazırlanmış tort kəsilib.
Bir ömür boyu bəxtli-taleli, xoşbəxt övladlardan olsunlar!
Daim əmilərinin ruhu köməkləri olsun!
Eyni zamanda, əkizlərin böyük əmisi Mösum Abasovun doğum günüdür.
Onun 37 yaşı tamam olur!
Yüz il sağlıqlı və huzurlu ömür yaşasın!
Amin!
***
FOTOLAR:














Kamil HƏMZƏOĞLU
Etikxeber.az