Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6 min, ümumən ötən dövrdə 14 800 mənzil və fərdi təqdim edilib.
Etikxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları qeyd edib.
Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da uğurla davam etdirildiyi və postmüharibə dövründə 5 dəfə genişləndirildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur.
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 494, ümumən ötən dövrdə 7600 avtomobil təqdim edilib və bu istiqamətdə tədbirlər də davam edəcək.
İclasda Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri üzrə görülən işlər diqqətə çatdırılıb. Bu ilin iki ayında sosial xidmət müəssisələrində 1800-ə yaxın şəxsə xidmət göstərildiyi, 3900-dək şəxsin evlərində sosial-məişət xidməti, 67 şəxsin sanator-kurort yollayışı ilə təmin edildiyi, 48 şəxsin reinteqrasiyası işlərinin aparıldığı qeyd olunub.
Ötən il Bakı və Sumqayıtda açılan ixtisaslaşmış sosial xidmət mərkəzlərində əlilliyi olan 500-dək, bu ilin iki ayında isə 149 uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərildiyi bildirilib.
Bu il Ağdam, Göyçay, Hacıqabul rayonlarında və Bakının Yasamal rayonunda da belə mərkəzlərin açılacağı qeyd olunub.
Etikxeber.az