“Şəhid ailələri və Qazilərimiz hər zaman ölkə Prezidenti ilə Birinci vitse-prezidentin diqqət və nəzərindədirlər”-MİLLƏT VƏKİLİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRDİ – FOTOLAR

Azərbaycan tarixinin şanlı səhifələrinə öz adlarını qanları ilə yazıb, xalqımıza Qarabağ adlı böyük bir zəfər bəxş edən qəhrəman şəhid və qazilərimizin qarşısında hər bir Azərbaycanlının vətəndaşlıq borcu var.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov deyib.

Qeyd edək ki, İ. Məmmədovun Şəhid ailələri və İkinci Vətən Müharibəsi Qaziləri ilə növbəti görüşü 4 yanvar 2021- ci il tarixdə rayonun ən böyük kəndlərindən olan Malbinəsi kəndi və Yevlax şəhərində baş tutub.

İ. Məmmədov Yevlax rayon Malbinəsi kənd sakini Vətən müharibəsi Şəhidi Vüqar Bahadurzadənin, Yevlax şəhər sakinləri- Vətən müharibəsi Şəhidləri Elnur Şirinzadənin, Yusif Məmmədovun, Murad Ağazadənin və Vətən müharibəsi Qazisi Yusif Ağaməmmədovun evlərində olaraq, şəhidlərimizin ailələrinə başsağlığı verib, qazilərimizə tez bir zamanda sağlamlıqlarına qovuşmasını diləyib.

İ.Məmmədov vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycanlının bu torpağın uğrunda canlarını, sağlamlıqlarını düşünmədən fəda edən, 30 illik həsrətdən sonra doğma torpağlarımızı yağı düşməndən xailas edib bizləri qəhrəman bir xalqa çevirən, Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini qorxmadan, şücaətlə yerinə yetirən şəhid və qazilərimizin tarix var olduqca unudulmayacağını qeyd edərək, belə qəhrəman övladları böyüdən valdeyinlərə minnətdar olduğunu bildirib.

Millət vəkili Şəhid ailələrinin, Qazilərimizin hər zaman olduğu kimi, bundan sonrada ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, hər bir Şəhid ailəsinə, Qazilərə böyük həssaslıqla yanaşıldığını, onların sosial-məişət problemlərinin, üzləşdikləri çətinliklərin qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində yüksək işlər görüldüyünü və bundan sonrada bu işlərin davam edəcəyini diqqətə çatdırıb.

Sağlamlıqlarını itirmiş Qazilərimizin müalicəsinin dövlətimiz tərəfindən, xüsusən, Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında yüksək səviyyədə həyata keçirildiyini, onların müasir protezlərlə təmin olunduğunu və bundan sonrada olunacağını qeyd edib.

Şəhid valideynləri və Qazilər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə, eyni zamanda, Birinci vitse- prezident Mehriban Əliyevaya minnətdar olduqlarını vurğulayaraq, Şəhid valdeynləri kimi övladlarının qəhrəmanlıq səlnaməsindən qürur duyduqlarını bildiriblər.

Görüş zamanı İ. Məmmədov Şəhid ailələrinin, qazilərin qayğılarını dinləmiş yerində həll edilməsi mümkün olan məslələrlə bağlı aidiyyatı qurumlara müraciət edib, digər məsələlərlə bağlı qeydlər götürülərək, həlli istiqamətində müraciətlər olunacağını bildirib.

Etikxeber.az

Read Previous

3 aydan çoxdur haqqında heç bir xəbər çıxmayan Əsgərin-BLOKNOTU TAPILDI…

Read Next

“Rüstəm, Teyfur, Vüqar, Həsən, Ülvi…FATEHLƏR!”-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir