Şəhid ailələri və Qazilərin iştirakı ilə-NOVXANIDA FİZİKİ MƏHDUDİYYƏTLİ UŞAQLARLA BAĞLI MARAQLI VƏ YADDAQALAN TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

14 avqust 2023-cü il tarixində, axşam saatlarında Novxanı çimərliyində yerləşən “SEASHELL” restoranında fiziki məhdudiyyətli uşaqlarla bağlı tədbir keçirilib.

Tədbir Şəhid ailələri, Qazilər, o cümlədən gənc və populyar sənətçilərin, media mənsublarının iştirakı ilə baş tutub.

Tədbirdə onlarla fiziki məhdudiyyətli uşaq və onların valideynləri iştirak edib.

Təbdirin təşkilatçısı isə xeyriyyəçi Könül Sultan idi.

Eyni zamanda, tədbirin baş tutmasında, ona dəstək verilməsində hər zaman Şəhid ailələrinin yanında olan Xəyalə Məmmədovanın rolu olub.

Etikxeber.az xəbər verir ki, saat 19:00-da başlayan tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra qısa çıxışlar edilib, tədbirin mahiyyəti barədə məlumat verilib, gənc sənətçilər tərəfindən manhılar ifa edilib və səsləndirilib.

Gənc sənətçilər öz ifaları ilə tədbirə xüsusi ahəng və rəng qatıblar.

Eyni zamanda, tədbir iştirakçılarına-Şəhid ailələrinə, Şəhid analarına, fiziki məhdudiyyətli uşaqlara hədiyyələr, diplomlar təqdim olunub.

Həmçinin, fiziki məhdudiyyətli uşaqlar tərəfindən rəsqlər ifa olunub, gənc modelyerlərlə birlikdə onların moda yarışması nümayiş etdirilib.

Tədbir 4 saata yaxın davam edib.

23:30

***

FOTOLAR:

23:47

***

23:59

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənilər Kəlbəcərdə təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər-MN

Read Next

Bakıda və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir