Şəhid ailələri və Qazilərin iştirakı ilə-XIRDALAN ŞƏHƏRİNDƏ YERLƏŞƏN “LİLYA” RESTORANINDA İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNUDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün-30 mart 2024-cü il tarixində, axşam saatlarında Xırdalan şəhərində yerləşən “Lilya” restoranında iftar mərasimi təşkil olunub.

İftar süfrəsi hər zaman Şəhid ailələrinin yanında olan iş adamı Xəyal Musayev və Birinci Qarabağ Savaşının iştirakçısı, keçmiş hərbçi Simarə Süleymanova tərəfindən düzənlənib.

Etikxeber.az xəbər verir ki, 3 saata yaxın davam edən iftar mərasimində Şəhid ailələri, Qazilər, ziyalılar, media mənsubları və digər şəxslər iştirak ediblər.

İftar mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra “Azan” oxunub, mərasim iştirakçıları iftarlarını açıblar.

Mərasim iştirakçıları iftar süfrəsini təşkil etdiklərə görə Xəyal Musayevə və Simarə Süleymanova minnətdarlıqlarını ifadə ediblər.

İftar mərasimində eyni zamanda, Vətənə həsr olunmuş mahnılar səsləndirilib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, ali təhsilli, Baş leytenant, üç övladı Vətənə əmanət qalan-CƏBRAYILDA DÜNYAYA GƏLƏN VƏ CƏBRAYILDA DA ŞƏHİD OLAN ELÇİN ƏZİZOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi-TELMAN ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ TƏŞKİL OLUNDU – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir