Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tarixi şəxsiyyət, mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bu gün-10 may 2023-cü il tarixində Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə konsert proqramı təşkil olunub.
Konsert proqramında hərbi hissənin hərbi qulluqçuları və zabit heyəti, o cümlədən, Bakı və Bərdədən olan Şəhid valideynləri, Qazilər, ziyalılar, incəsənət və media nümayəndələri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi konsert proqramı 3 saatdan çox davam edib.
Öncə Heydər Əliyev və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.
Çıxışlarda mərhum dövlət başçısı Heydər Əliyevin gördüyü tarixi işlərdən, Azərbaycan xalqı və dövləti naminə fədakarlıqlarından bəhs olunub.
Bildirilib ki, xüsusilə, Azərbaycan torpaqlarının işğaldan azad olunması Heydər Əliyevin ən böyük arzusu olub və Onun bu arzusu mərhum dövlət başçısının siyasətinin layiq davamçısı-ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu tərəfindən gerçəkləşdirilib.
44 günlük İkinci Vətən Müharibəsi ilə 2020-ci ilin 10 noyabr tarixində 32 illik Qarabağ münaqişəsinə son qoyulub, düşmən üzərində tarixi Zəfər və Qələbə Qazanılıb, Heydər Əliyevin ən böyük arzusu yerinə yetirilib, ruhu şad edilib.
Tədbir iştirakçıları tarixi Qələbə və Zəfərimizə görə Ordumuza, Şəhidlərimizə, Qazilərimizə, İkinci Vətən Müharibəsi iştirakçılarına ehtiramlarını, minnətdarlıqlarını ifadə ediblər.
Çıxı.lardan sonra Bakı şəhərindən və Bərdə rayonundan gəlmiş ifaçılar-xanəndə Əmrah Məmmədov, Təranə Nurlu, Sərxan Laçınlı və digərləri hərbi vətənpərvərlik ruhunda, eləcə də Şəhidlərimizə həsr olunmuş mahnılar və xalq, bəstəkar manıları ifa edilib.
Əmrah Məmmədov başda olmaqla, digər ifaçılar tərəfindən birgə ifa olunan əzəmətli “Qarabağ şikəstəsi” isə tədbirə xüsusi ahəng, rəng, gözəllik qatıb və gurultulu alqışlara səbəb olub.
Həmçinin, ifaçılarla birgə hərbi qulluqçular-Əsgərlər mahnı sədaları altında rəqs ediblər, şənləniblər.
Konsert proqramının sonunda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəindən hərbçilərə və konsert proqramının ərsəyə gəlməsində əməyi olanlara fəxri diplomlar təqdim olunub.
***
FOTOLAR:












***









***












***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





